BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
15553

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sarah Maykl ilə onlayn formatda görüş keçirilib.

Mərkəzdən Valyuta.az-a verilən məlumata görə, görüşdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı post pandemiya dövründə iqtisadiyyatın dinamikası və aparılan sistemli dəstək tədbirləri nəticəsində əldə olunan inkişaf barədə məlumat verib.

Mərkəzin 5 illik fəaliyyəti ərzində həyata keçirilən iqtisadi-sosial və institusional islahatların hazırlanması və xüsusilə monitorinq və qiymətləndirmə potensialının gücləndirilməsi sahəsində Dünya Bankının dəstəyi yüksək qiymətləndirilib. Həmçinin, logistika, ticarət, kənd təsərrüfatı, təhsil və digər sektorlar üzrə Dünya Bankının qiymətləndirmə hesabatları əsasında Mərkəzdə keçirilən ənənəvi “Bilik Sərgiləri”nin əhəmiyyəti vurğulanıb. Azad olunan ərazilərin bərpası, “ağıllı kənd” inkişaf planı, regional logistika və ticarət imkanlarının araşdırılmasında gələcək əməkdaşlıq perspektivləri qeyd olunub.

Xüsusilə monitorinq və qiymətləndirmə üzrə beynəlxalq qurumlara Mərkəzin inteqrasiya olunması və birgə layihələrin həyata keçirilməsində Dünya Bankının dəstəyinin əhəmiyyətli olduğu bildirilib. Mərkəz ilə əməkdaşlığın faydalı və nəticə-əsaslı olmasından məmnunluğunu bildirən xanım Sarah Maykl insan kapitalının inkişafı, maliyyə, “ağıllı kənd” mövzularında Dünya Bankı tərəfindən görülən işlər barədə məlumat verib. Bildirilib ki, Mərkəzlə gələcəkdə də müzakirə olunan sektorlar üzrə birgə əməkdaşlıq davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Prezident Gövhər Baxşəliyeva ilə bağlı sərəncam imzaladı

​“Banklarda əmanətlərin məbləği tarixi rekord göstəricidir”

Hesablama Palatası: Büdcənin cari və əsaslı xərcləri optimallaşdırılmalıdır

Nazir: 2026-2028-ci illərdə neftin bir barelinin qiymətinin 65 dollar olacağı proqnozlaşdırılır

Azərbaycanın bank sektorunun iqlim dəyişikliyinə dair öhdəliyinin prioriteti açıqlanıb

Sabah yağış yağacaq, şimşək çaxacaq

Ölkədən gizli şəkildə 17 milyonluq metal çıxarıblar - DETALLAR

Bu ölkəyə satdığımız neftdən gəlirimiz 400 milyon dollara yaxın artıb - Rəqəmlər

Bu ölkəyə satdığımız neftdən gəlirimiz 400 milyon dollara yaxın artıb - Rəqəmlər

"Expressbank”ın mənfəəti azalıb, şirkətlər 31 milyon manatdan çox depoziti geri çəkib

Ali Məhkəmə evinin sökülməsinə görə vətəndaşa mənəvi təzminat ödənilməsinə qərar verdi

Aynur Qurbanlı nazirlikdə departament direktoru təyin edildi

"2025-ci ilin büdcəsi iqtisadi tərəqqi ilə sosial vəziyyəti tarazlaşdırır" - Spiker

Kirayə mənzil verənlərin nəzərinə: vergi ilə bağlı YENİLİK

Qarabağ və Şərqi Zəngəzura bu qədər vəsait ayrılacaq

Leysan olacaq, qar yağacaq - Xəbərdarlıq

Parlamentin komitə sədri: Gələn il minimum pensiyanın artırılması planlaşdırılır

Komitə sədri: "Valyuta ehtiyatlarımız xarici borcumuzu 14 dəfə üstələyir"

"Bakıda söküntü işlərinin aparılması sifarişçilərdən və iş adamlarından asılıdır"

Milli Məclisin plenar iclası başladı - Gələn ilin büdcəsi müzakirə olunacaq

“Ali & Nino”nun direktoru dəyişib

DİN biri 41 min manata 20 ədəd avtomobil alır

Azərbaycan və İtaliya şirkətləri arasında görüşlər keçirilib

Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - ÖLKƏLƏR, QİYMƏTLƏR

Bakıda sərnişindaşımada YENİLİK: Elektrik mühərrikli avtobuslar xəttə buraxıldı

Azad edilmiş ərazilərin rezidentləri 9 ayda 3,7 milyon manat vergi verib

Bu ölkələrdən Azərbaycana ət məhsullarının gətirilməsi QADAĞAN OLUNUB

Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək - 182 min manat ayrıldı

Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək - 182 min manat ayrıldı

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz®

Əli Əsədov Qərar imzaladı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin