Avropa Mərkəzi Bankı: Yerli bankların dividend ödənişi məhdudlaşdırılacaq
Avropa Mərkəzi Bankı (ECB) avrozonada fəaliyyət göstərən bankların dividend ödənişini məhdudlaşdırmaq üçün tədbirlər görə bilər.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bu barədə qurumun rəsmisi Marqarita Delqado məlumat verib.
Onun sözlərinə görə, ECB bankları yumşaq dividend siyasəti yürütməyə təşviq edəcək:
“Əgər bunu qəbul etməsələr, daha yüksək kapital və ya keyfiyyət tədbirləri ilə bankların dividend ödənişlərini məhdudlaşdıra bilərik”.
Xatırladaq ki, tənzimləyici qurum avrozona banklarına bu il sentyabrın 30-na qədər səhmdarlarına dividend ödəməməyi və yaxud bu ödənişləri məhdudlaşdırmağı, səhmləri geri satın almağə tövsiyə edib. Bununla belə, kifayət qədər kapitala malik banklar 2019-2020-ci illərdəki bölüşdürülməmiş mənfəətlərinin bir hissəsindən dividend ödəyə bilər.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay