BVF: Valyuta ehtiyatlarının artması ölkələrin böhrandan çıxmasına təsir edəcək
Beynəlxalq Valyuta Fondunun (BVF) ehtiyatlarının (SDR – BVF-nin hesab vahidi, xüsusi borcalma hüquqları) 650 mlrd. ABŞ dolları artırılması ölkələrin likvidliyini və ehtiyatlarını artıracaq, COVID-19 pandemiyasının yaratdığı böhrandan çıxmalarına kömək edəcək.
Valyuta.az-ın "APA-Economics"ə istinadən verdiyi məlumata görə, bu barədə BVF-nin idarəedici direktoru Kristalina Georgiyeva tərəfindən cümə günü Fondun İcra Heyətinin SDR-lərin buraxılması təklifini dəstəkləmə qərarı ilə əlaqədar yaydığı açıqlamada deyilir.
Vəsaitlərin ayrılması təşəbbüsü nəzərdən keçirilməsi və təsdiqlənməsi üçün BVF-nin İdarə Heyətinə təqdim ediləcək. Plan təsdiqlənsə, avqust ayının sonunda qüvvəyə minəcək.
"Bu, bütün dünya üçün bir təşviq rolunu oynayacaq. SDR-lərin paylanması bütün üzv dövlətlərimizin likvidliyini və ehtiyatlarını artıracaq, inamı gücləndirəcək və dünya iqtisadiyyatının dayanıqlığını və sabitliyini gücləndirməyə kömək edəcək", - K. Georgiyeva bildirib.
Onun sözlərinə görə, 2009-cu ildə ehtiyatların genişləndirilməsi qlobal maliyyə böhranından qurtulmağa əhəmiyyətli bir töhfə verdi:
"Əminəm ki, yeni paylamanın indi də eyni faydalı təsiri olacaq, BVF-nin hər bir üzvünə, xüsusən həssas ölkələrə kömək edəcək və COVID-19-un səbəb olduğu böhrana cavab tədbirlərini gücləndirəcək".
K. Georgieva BVF-nin önümüzdəki aylarda SDR-lərin daha zəngin ölkələrdən kasıb və daha həssas ölkələrə könüllü köçürülməsi istiqamətində dövlətlərlə aktiv qarşılıqlı əlaqələrini davam etdirəcəyini bildirib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay