Pandemiyada 114 milyon insan işini itirib – BÜTÜN DÜNYADA
Özündə ABŞ, Kanada, Almaniya, Fransa, Böyük Britaniya, Yaponiya, Cənubi Koreya kimi iqtisadi nəhənglər də daxil olmaqla 37 ölkəni birləşdirən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) 2021-ci il üzrə Məşğulluq Proqnozu Hesabatını bugün təqdim edib.
Valyuta.az Marja.az-a istinadən xəbər verir ki, bu barədə qurum rəsmiləri açıqlama yayıblarş
Belə ki, koronavirus pandemiyası səbəbindən 2020-ci ildə qlobal miqyasda işini itirənlərin sayı 2019-cu illə müqayisədə 114 milyon nəfər, OECD məkanında isə 22 milyon nəfər artıb.
OECD ölkələrində iqtisadiyyatın canlanması nəticəsində iş yerlərinin bir hissəsi bərpa olunsa da, 2021-ci ilin mayında işsiz insanların sayı 43,5 milyon nəfər təşkil edib. Bu isə 2020-c ilin fevralı ilə müqayisədə 8,1 milyon nəfər çoxdur. İşsizlik faizi may ayında 6,6% olub (pandemiyadan əvvəlki səviyyədən 2,2% çox). Ölkələr arasında ciddi fərqlər var, misal üçün, Kolumbiya və Kosta Rikada işsizlik səviyyəsi 2020-ci ilin fevralına nisbətən 2021-ci ilin mayında 4% artıbsa, Avstraliya və Fransada fərq 0 faizə yaxın olub.
Hesabatda qeyd olunur ki, qlobal miqyasda məşğulluq səviyyəsinin pandemiyadan əvvəlki göstəriciyə çatması ən yaxşı halda 2022-ci ilin sonunda mümkün olacaq...
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay