Dünya
02.07.2021 / 17:45
Gürcüstanda iyulun 5-dən kütləvi vaksinasiya başlayır
15076
İyulun 5-dən etibarən Gürcüstan əhalisinin koronavirusa qarşı peyvəndlənməsi prosesinə start veriləcək.
Valyuta.az “Report”a isitnadən xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Qaaribaşvili brifinqdə məlumat verib.
Onun sözlərinə görə, vaksin vurdurmaq üçün qeydiyyat sabahdan başlayacaq.
Hökumət başçısı ölkəyə milyon doza “Sinovac” və “Sinopharm” preparatının çatdırıldığını bildirib:
“Bu ilin sonuna qədər 4 milyon dozaya yaxın vaskin tədarük olunacaq”.
İ.Qaribaşvili qeyd edib ki, bu ilin sonuna qədər ölkə əhalisinin 60 %-i vaksinasiyadan keçəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay