Bu səbəbə görə peyvənd yerinə su vurmaq olmaz – Rusiyalı mütəxəssis
Rusiya Səhiyyə Nazirliyinin Tibbi Tədqiqat Mərkəzinin Müalicə və Tibbi Tədqiqat Mərkəzinin direktoru Oksana Drapkina peyvənd olunan şəxslərin diqqət etməli olduqları məsələlərdən danışıb.
Valyuta.az Yeniavaz.com-a istinadla xəbər verir ki, Oksana Drapkina koronavirus peyvəndinin vurulduğu yerin isladılmasının iltihablanmaya səbəb ola biləcəyini deyib.
Mütəxəssisin sözlərinə görə, nəm, virus əleyhinə vaksin inyeksiya edilən yerin rahat şəkildə iltihablanması üçün zəmin hazırlayır.
Bu səbəblə peyvənddən sonra üç gün ərzində iynə yerini islatmamaq, hamama getməmək, spirtli içki qəbul etməmək və həddindən artıq fiziki gərginlikdən çəkinmək tövsiyə olunur.
O.Drapkina bildirib ki, inyeksiya yerinin qızarması, şişməsi, ağrısı olarsa həkimə müraciət edilməlidir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay