Ekspert: Avqustda Avropada “Delta” ştammı dominant olacaq
"Koronavirusun “Delta” variantı digərlərini sürətlə üstələyərək ölüm sayının artmasına gətirib çıxarır. Proqnozlara görə, avqust ayınadək Avropada “Delta” ştammı dominant olacaq".
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Avropa bürosunun sədri Hans Kluge onlayn brifinq zamanı bildirib.
Ekspertin dediyinə görə, Avropada əhalinin tam peyvənd olunması yayın sonuna kimi mümkün olmayacaq:
“Çünki əhalinin 63 faizi hələ peyvəndin ilk dozasını gözləyir. Digər tərəfdən, həmin vaxtadək məhdudiyyətlər azaldılacaq, buna görə də gediş-gəliş və toplantıların sayı artacaq”.
Təşkilat rəsmisi peyvəndləmə işlərini diqqətdən kənar qoymamağın vacibliyini də qeyd edib:
“Peyvəndləmədə gecikmələr insan həyatı bahasına başa gəlir. Bu işlər nə qədər ləng getsə, virusun variantları da bir o qədər çox olacaq”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay