“Delta” ştammının əlamətləri açıqlandı
Dünyada sürətlə yayılan “Delta” ştammı indiyədək 85 ölkədə aşkarlanıb.
Valyuta.az Oxu.az-a istinadən xəbər verir ki qripə bənzəyən ştammın əsas əlamətləri baş, boğaz ağrısı, burun axıntısı, bəzən də öskürəkdir.
Alimlər bu ştammda eşitmənin itirilməsi əlaməti ilə qarşılaşdıqlarını da bildirirlər. Ştammın təsirini azaltmağın əsas yolu isə vaksinasiyadır.
Hindistanda ortaya çıxan “Delta” ştammının simptomlarının test və izolyasiya tədbirlərdən kənarda qalmağa səbəb olduğu bildirilir. Bu mutasiyanın digərlərinə nəzərən 60 faiz daha sürətlə yoluxduğu barədə məlumatlar var.
Qeyd olunur ki, bu ştamm xüsusən gənclərdə ağır qrip keçirmə hissi yaradır. Bu, indiyədək yayılan ən təsirli mutasiyadır.
Bu ştammın əsas xarakterik xüsusiyyətlərindən biri hüceyrələrə sürətlə nüfuz etməsidir. Ancaq vaksinasiyadan keçmiş şəxslərdə virusun hüceyrəyə keçməsinə əngəl olan qalxan formalaşdığı üçün yoluxma ehtimalı azalır.
“Delta” ştammı yayıldığı ölkələrə görə simptom fərqlilikləri göstərə bilir. Ölkələrdən asılı olaraq, bu ştammın mədə ağrısı, ürəkbulanma, iştahsızlıq kimi fərqli simptomları da müşahidə edilir.
“Delta plus”a gəlincə, bu ştamm da “Delta” ilə bənzərlik təşkil edir. Ancaq ona nəzərən yoluxma qabiliyyəti daha yüksəkdir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay