BAKU Azərbaycan
22.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8981
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0499
  • 1 İngiltərə funt sterlinqi
    2.2599
14777

Ukraynanın Ali Radası dövlət başçısı Vladimir Zelenskinin təşəbbüsü ilə vergi əfvi haqqında qanunu qəbul edib. Qanun fiziki şəxslərin gəlirlərini bir dəfə könüllü bəyan etməsini nəzərdə tutur.

Valyuta.az Vergiler.az-a istinadən xəbər verir ki, yeni qanun vergidən yayınmış ukraynalılara imkan verəcək ki, cəzadan azad olmaqla həqiqi gəlirlərini aşkara çıxarsınlar, aktivləri barədə bəyannamə versinlər. Vergi əfvi o cümlədən nağd vəsaitlərlə yanaşı, valyuta sərvətlərinə, qiymətli kağızlara, eləcə də Ukraynadakı və ölkə hüdudlarından kənardakı daşınmaz və daşınar əmlaka da şamil olunur.

Qanun çərçivəsində 2021-ci il sentyabr ayının 1-dən 2022-ci il sentyabr ayının 1-dək fiziki şəxslər öz aktivlərini bəyan edə biləcəklər. Bu zaman onlar Ukrayna banklarında yerləşdirilmiş aktivlərin dəyərinin 5 faizi, xarici kredit təşkilatlarında yerləşdirilmiş aktivlərin dəyərinin 9 faizi məbləğində birdəfəlik vergi ödəyəcəklər. 

Bu yığım 1 yanvar 2021-ci ildən 20 iyun 2022-ci ilədək olan müddətdə əldə ediləcək dövlət istiqrazları üçün həmin istiqrazların dəyərinin 2,5 faizini təşkil edəcək. Bununla belə, həmin bəyannaməni 2010-cu il yanvarın 1-dən yüksək dövlət vəzifəsi tutan şəxslər və Rada deputatları təqdim edə bilməyəcəklər.

Qeyd edək ki, qəbul olunmuş vergi əfvi V.Zelenskinin seçkiöncəsi vədlərindən biri idi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Yüksəliş"in qalibinə nazirlikdə vəzifə verildi

Azərbaycanda yol-nəqliyyat hadisələrində ölənlərin sayı azalıb - Son 10 ilin göstəriciləri

Milyonluq dövriyyəsi olan kibercinayətkar şəbəkə ifşa edilib - VİDEO

“CPM-İnvest”in birjadakı itkiləri yarım milyard manatı ötüb

Aİ Ukraynaya 35 milyard avro kredit verəcək

Azərbaycan avtobusları hansı ölkələrdən və neçəyə alır? - Siyahı

Prezident Qarabağ Universitetinin açılışında (YENİLƏNİB)

Ən yaxşı iş axtarış saytları - Siyahı

Məhərrəmlik bitdi, toylar başladı - Qızıl BAHALAŞACAQ?

Qarabağda evini kirayə verib, Bakıya qayıdanlara XƏBƏRDARLIQ

Azərbaycanda torpaqlardan istifadə ilə bağlı 3 mindən çox pozuntu aşkarlanıb (VİDEO)

Hansı ödənişlər dividend hesab edilir? - Misallarla

Tramp FED-in qərarını "siyasi" hesab edir

Nazir idarə rəisini təqaüdə göndərdi - Yoxlama aparılıb?

Nazir idarə rəisini təqaüdə göndərdi - Yoxlama aparılıb?

Dünya brendləri ilə işləyən İtaliya şirkəti Azərbaycan istehsalı ayaqqabıları dizayn edəcək

Sabah yağış yağacaq

Çin Mərkəzi Bankı əsas kredit faiz dərəcəsində dəyişiklik etmədi

Ağdamda Cənubi Qafqazın ilk divar kağızı istehsal zavodu açılıb

Azərbaycanda bir adam hər ay 456 manat pul xərcləyir

Bakıda kirayə mənzil bazarında vəziyyət - Hansı hallar qiymətlərə təsir edə bilər?

Prezident: "Qarabağ Universitetinin yaradılması tarixi hadisədir"

Azərbaycan əhalinin həyat keyfiyyətinə görə neçənci yerdədir? - Siyahı

Türkiyə lirəsi dollar qarşısında rekord səviyyədə ucuzlaşıb

“Telegram”da kriptovalyuta birjasının nümayəndəsi sizə yazırsa, diqqətli olun

Üç kollecə direktor təyin olundu (SİYAHI)

Yaponiyada düyünün qiyməti 1975-dən bəri ən yüksək səviyyəyə qalxdı

35 milyon manatdan çox investisiya yatırılıb - 2 090 iş yeri yaradılacaq

"Brent" kiçik korreksiyadan sonra 74,94 dolları yenidən sınaqdan keçirə bilər

Kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin