Dünya
28.06.2021 / 17:05
Bu ölkədə peyvənd olunanlara 150 avro verilir
14725
Yunanıstanda insanların peyvəndləməyə marağını artırmaq üçün qeyri-adi üsula ət atılıb.
Valyuta.az Lent.az-a istinadən xəbər verir ki, hökumət peyvənd olunan gənclərə 150 avro pul mükafatı verməyə qərara alıb.
Bu barədə ölkənin baş naziri Kiryakos Miçotakis açıqlamasında bildirib:
“İlk doza peyvəndi vurduran gənclərin hər birinə 150 avroluq kart veriləcək. Bu bizim gənclərə olan borcumuzun və dəyərimizin nümunəsidir”.
Məlumata əsasən, 18-25 yaş arası 940 min gənc ilk doza peyvəndləmədən dərhal sonra, yaxud ilin sonunadək 150 avronun sahibi olacaq.
Qeyd edək ki, 11 milyon əhalisi olan Yunanıstanda əhalinin 33 faizi tam peyvənd olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay