Rusiya yenə faiz artırmağı planlaşdırır
Rusiyada inflyasiyanın yüksəlməsi Mərkəzi Bankı faiz artırmağa məcbur edir.
Valyuta.az Marja.az-a istinadən xəbər verir ki, Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina, "Bloomberg"ə verdiyi müsahibəsində, 0,25-1.00 bənd civarında faiz artırmağı qiymətləndirdiklərini söyləyib.
Rusiya Mərkəzi Bankı ardıcıl üç yığıncağında faiz artıraraq pul siyasət faizini 5,50% səviyyəsinə çatdırıb.
Elvira Nabiullina Rusiyada inflyasiyanın "gözlə görülən bilən şəkildə" artdığını qeyd edərək, faizi daha da artırmaq lazım ola biləcəyini deyib.
Nabiullina, pul siyasətinin mövcud vəziyyətdə də dəstəkləyici olduğunu bildirib.
Rusiya Mərkəzi Bankının qiymətləndirməsində, iqtisadiyyatdakı yığışmanın proqnozlardan sürətli olduğu, iqtisadi fəaliyyətin böhrandan əvvəlki səviyyələrə ilin ikinci yarısında qayıdacağı qeyd edilmişdi.
Rusiya Mərkəzi Bankı növbəti faiz qərarını 23 İyulda açıqlayacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay