Dünya
24.06.2021 / 12:44
Moskvada əcnəbilər üçün ödənişli vaksinləmə məntəqələri yaradılacaq
14508
Moskvada xidmət sektorunda işləyən əcnəbilər və miqrantlar ödənişli vaksinləmə məntəqələrində koronavirusa qarşı peyvənd oluna biləcəklər.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bu barədə COVID-19-la bağlı vəziyyətin monitorinqi üzrə operativ qərargah məlumat yayıb.
Bildirilib ki, Rusiya hökuməti ölkədə qeydiyyata alınmış vaksinlərin xarici vətəndaşlara vurulması ilə bağlı qərar qəbul etdikdən sonra müvafiq məntəqələr işə düşəcək.
Nazirlər Kabinetinin mövcud qərarında qeyd edilib ki, xidmət sektorunda işləyənlərin azı 60%-i peyvənd olunmalıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay