Azərbaycanın xarici ölkələrdəki kapitalının həcmi açıqlandı
2020-ci ilin yekunlarına görə, Azərbaycan rezidentlərinin xarici ölkələrdəki kapitalının və xaricdəki müəssisələrə xalis kreditlərinin həcmi 26,825 mlrd. ABŞ dolları təşkil edib.
Valyuta.az "APA-Economics"ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) "World Investment Report 2021" hesabatında deyilir.
Bu göstərici son 10 ildə 4,6 dəfə artıb.
Keçid iqtisadiyyatları olan ölkələr arasında Azərbaycan bu göstəriciyə görə ikincidir. Lider Rusiya (379,637 mlrd. dollar), üçüncü pillədə isə Qazaxıstan qərarlaşıb (14,152 mlrd. dollar).
Qeyd edək ki, UNCTAD keçid iqtisadiyyatı ölkələrinə MDB ölkələrini, həmçinin Ukrayna, Gürcüstan, Albaniya, Bosniya və Herseqovina , Monteneqro, Serbiya və Şimali Makedoniyanı aid edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay