Avro və funtda ucuzlaşma yenidən sürətlənəcək – PROQNOZ
Beynəlxalq valyuta birjalarında bu gün Bakı vaxtı ilə saat 22:00-da FED sədri Jerom Povelin parlamentdə çıxışı öncəsi ticarət aktivliyinin azalması müşahidə edilir.
Valyuta.az Marja.az-a istinadən xəbər verir ki, məzənnələrdə korreksiyalar müşahidə edilsə də, Amerika iqtisadiyyatı və monetar siyasət ilə bağlı müsbət açıqlamaların olacağı ehtimal edilir. Bu baş verərsə, EUR/USD və GBP/USD məzənnələrində ucuzlaşmanın yenidən sürətlənəcəyi proqozlaşdırılır.
Təhlillərə əsasən, 1.19$-a ticarət edilən avro 1.17, 1.39$-a təklif edilən funt 1.37$-a kimi dəyər itirə bilər. Əlvan metallar bazarlarında 1770$-ın qırılması ilə qızılda ucuzlaşmanın 1706$-a kimi davam edəcəyi proqnozlaşdırılır.
Çin höküməti tərəfindən bitkoin mayninqinə qarşı tədbirlərin sərtləşdirməsi qərarından sonra BTCUSD məzənnəsi 41000$ müqavimətini qırmaqda çətinlik çəkib.
Son bir həftə ərzində müşahidə edilən 25%-lik ucuzlaşmanın nəticəsində isə bitkoin hazırda 33000$-ın altında ticarət edilir və ucuzlaşma davam edə bilər. Növbəti önəmli dəstək səviyyəsi isə 27000$-dır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay