Çinin kriptovalyuta siyasəti Bitkoini çökdürdü: 300 milyard dollar “əridi”
1 nömrəli kriptovalyuta iyun ayında ən aşağı həddə düşüb.
Valyuta.az Marja.az-a istinadən xəbər verir ki, dünyanın 1 nömrəli kriptovalyutası Bitkoin dünən gün ərzində sürətlə - 7% ucuzlaşaraq 31 min dolların altına düşüb.
Bu, iyun ayında ən aşağı göstəricidir. Əsas səbəb Çin hökumətinin kriptovalyutalarla bağlı siyasəti sərtləşdirməsi və bank və maliyyə qurumlarına kriptovalyuta əməliyyatlarını qadağan etməsidir.
Ötən həftənin sonundan Sichuna əyalətində v digər bölgələrdəki iri Bitkoin maynerləri fəaliyyətini dayandırıb. Nəticədə bir neçə gün davam edən 16% azalma hazırda 2,5 trilyon dollar təşkil edən kriptovalyuta bazarının dəyərini 300 milyard dollar əridib.
Bitkoindən sonra gələn digər aparıcı kriptovalyutalar - Ether və XRP də dünən kəskin ucuzlaşıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay