Dünya
22.06.2021 / 12:47
Türkiyədə zəlzələ təhlükəsi: 50 min bina çökə bilər
14349
“Türkiyədə hər il 24 min zəlzələ baş verir. Bu da hər ay təxminən 2 000 zəlzələ deməkdir”.
Valyuta.az Oxu.az-a istinadən məlumat verir ki, bunu türkiyəli professor Şükrü Ersoy deyib.
Onun sözlərinə görə, yeraltı təkanların 150-yə qədəri dörd bal gücündə olur:
“Biz Mərmərə bölgəsində yeddi baldan böyük zəlzələ gözləyirik. Bu bölgədə 28 milyon insan yaşayır. Bu ərazidə belə güclü zəlzələnin baş verməsi 100 milyard dollar zərər deməkdir, 50 min bina çökə bilər”.
O qeyd edib ki, bunun üçün əvvəldən tədbir görülməli, zəlzələdən öncə yüzlərlə qəzalı bina sökülməlidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay