Dünya
22.06.2021 / 10:30
Bu ölkədə peyvənd olunmayan tibb işçiləri işdən çıxarılacaq
14337
İtaliyada koronavirus əleyhinə peyvənd olunmamış tibb işçilərini işdən kənarlaşdıracaqlar.
Valyuta.az Trend.az-a istinadən xəbər verir ki, İtaliyanın Nazirlər şurası koronavirusla mübarizə tədbirləri çərçivəsində tibb işçilərinin məcburi aşılanması barəsində dekret qəbul edib.
Sənədə əsasən bu tədbir dövlət və özəl qurumlarında çalışan səhiyyə sahəsinin mütəxəssisləri və aptek işçilərinə şamil edilir. Peyvənd almaqdan imtina edən əməkdaşa başqa sahədə mövcud olduğu halda iş təklif olunur.
Boş vakansiya olmadığı halda isə həmin işçi maaşının saxlanmaması şərti ilə 31 dekabra qədər işdən azad edilə bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay