Bitcoin Çindən gələn xəbərlərlə sarsıldı
Çin hökuməti, banklara və "Alipay"ə kriptovalyuta əməliyyatlarından çəkinməyə çağırıb.
Valyuta.az Marja.az-a xəbər verir ki, ölkənin ən böyük 3-cü bankı bu mövzuda addım atıb.
Ölkədə "mayninq" fəaliyyətinə məhdudiyyətlər də davam edir.
Bitcoin, Çinin banklara və "Alipay"ə kriptovalyuta əməliyyatı etməmək çağırışı, "mədənlərin" bağlanması və ən böyük 3-cü bankın kriptovalyuta əməliyyatlarını qadağan etməsinin təsiriylə bu həftənin ilk əməliyyatlarında sürətli düşüb.
Bitcoin son beş əməliyyat gününün dördündə cəmi 7% düşərkən, həftənin ilk əməliyyat günündə 10%-dən çox ucuzlaşıb. Sonradan Bitcoin-in ucuzlaşması nisbəti bir qdərə azalıb.
Bakı vaxtı ilə saat 13:52-də Bitcoin 5,2% ucuzlaşma ilə 33 min 330 dollardan ticarət olunub.
Çinin ən böyük 3-cü bankı olan "Agricultural Bank of China"nın yaydığı açıqlamaya görə, kriptovalyuta əməliyyatları üçün öz xidmətlərinin istifadə edilməsini qadağan edib. Beləliklə, Çin hökumətin xəbərdarlığından sonra ilk dəfə bir bank Çində əlaqədar əməliyyatları qadağan etmişdir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay