Türk Lirəsi həftəyə ucuzlaşma ilə başladı
Fed rəsmilərinin açıqlamaları bazarlara təsir göstərməyə davam edir.
Valyuta.az Marja.az-a istinadən xəbər verir ki, yeni həftənin ilk əməliyyat günündə dollar dəyər qazanır, inkişaf etməkdə olan ölkə valyutaları isə ucuzlaşır.
Türk Lirəsi də bu həftəyə dəyər itkisilə başlayıb. Dollar/TL məzənnəsi ilk əməliyyatlarda 8,78-in üzərini test edib. Bu gün Türk Lirəsi 0,5%-dən çox dəyərdən düşüb.
Qeyd edək ki, ABŞ Mərkəzi Bankı (Fed) pul siyasətinin sərtləşdiriləcəyinin, o cümlədən faizini artırılacağının siqnalını verib.
Fed-in Federal Açıq Bazar Komitəsinin (FOMC) üzvü və Sent-Luis Fed sədri Ceyms Bullard, qiymətli kağız alış proqramını azaltmaq barədə müzakirənin başladığını və özünün 2022-ci ilin sonunda faiz artımı gözlədiyini bildirib. Bu açıqlamadan sonra dollar güclənib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay