AİB Tacikistana üç il ərzində edəcəyi maddi yardımı məbləğini açıqladı
Asiya İnkişaf Bankı (AİB) üç il ərzində Tacikistana iqtisadiyyatın müxtəlif sahələrindəki layihələr üçün 462 milyon dollar ayıracaq.
Valyuta.az Marja.az-a istinadən xəbər verir ki, bu barədə cümə günü Tacikistan Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
AİB mütəxəssisləri "2022-2024-cü illər üçün Ölkədə Biznes Fəaliyyət Planı" adlı bir layihə təqdim ediblər. Planın icrası zamanı AİB-dən 462 milyon dollar məbləğində qrant vəsaitinin cəlb edilməsi nəzərdə tutulur. Təqdimata görə, enerji, nəqliyyat, təhsil və elm, səhiyyə, qida təhlükəsizliyi, ətraf mühitin qorunması və dövlət idarəçiliyi sahələrində birgə investisiya layihələri həyata keçiriləcək.
Qeyd edək ki, AİB 1998-ci ildən bəri Tacikistanla əməkdaşlıq edir, yol və enerji infrastrukturundan qida təhlükəsizliyi və sosial xidmətlərə qədər müxtəlif sahələri dəstəkləyir. Layihələrin ümumi həcmi təxminən 2,2 milyard dollardır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay