18.06.2021 / 12:14
Dollar indeksi əlavə 1%-ə kimi yüksələcək – Ehtimal
14172
Amerikada monetar siyasətin sərtləşəcəyi ehtimalları EUR/USD və GBP/USD məzənnələrində ucuzlaşmanın davam etməsinə səbəb olur.
Valyuta.az xəbər verir ki, eyni tendensiya qızılın qiymətində də müşahidə edilir.
Beləliklə, son iki ayın maksimumuna qalxan dollar indeksinin, əlavə 1%-ə kimi yüksəlməkdə davam edəcəyi də ehtimal edilir.
Kriptovalyuta birjalarında isə tələbin artması ilə əlaqədar bitkoinin qiyməti bahalaşdıqdan sonra korreksiyaya başlayıb. Təhlillərə əsasən, yenidən dəstək görən BTC/USD, yaxın günlərdə 44800$-a kimi də dəyər qazana bilər. Buna kimi önəmli müqavimət səviyyələri 39500$ və 41300$-dır.
Qeyd edək ki, məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay