BAKU Azərbaycan
33.03°C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    2.0105
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.0229
  • 1 GBP İngiltərə funt sterlinqi
    2.3469

Rusiya məhkəməsi azərbaycanlı Müşfiq və Allahverdi Abdullayev qardaşlarının əmlaklarına həbs qoyub.

Valyuta.az Lent.az-a istinadən xəbər verir ki, "TD İntertorq” şirkətinin sahibi olan qardaşlar "Sberbank”dan götürdükləri 8 milyardlıq krediti mənimsəməkdə ittiham olunublar. Məhkəmə onların 2 milyard rubl (təxminən 28 milyon dollar) dəyərində olan əmlaklarına həbs qoyub. Həbs qoyulan mülklər arasında Abdullayevlərin ticarət mərkəzləri, şəhərin mərkəzində mənzilləri, ofisləri var. 

Rusiya mətbuatı onu da xəbər verir ki, istintaq materiallarında kredit adı ilə dövlət bankları və s. maliyyə müəssisələrindən alınan vəsaitin xaricə çıxarıldığı vurğulanır. 

Allahverdi Abdullayev qardaşı Müşviq Abdullayevlə birgə, Rusiyanın ikinci böyük şəhəri Sankt-Peterburqda aktiv bizneslə məşğulb olur. Onlara məxsus "İntertorq” holdinqin – "Narodnaya Semya”, "İdeya” və "Spar”  adlı 500-dən çox mağazası vardı.

Məlumata görə, 2017-ci ildə onların başçılıq etdiyi etdiyi ticarət şəbəkəsinin dövriyyəsi 1.5 milyard dollara yaxın olub. M.Abdullayev 10 il ərzində sıfırdan qurduğu biznes şəbəkəsinin dövriyyəsini 83 milyard rubla çatdırmışdı. 

Dövriyyənin həcminə görə, şirkət 2008-ci ildən etibarən ildə 15-25 faiz böyüyüb, ildə 50-70 yeni obyekt açıb. Şirkət özü 2004-cü ildə yaradılıb. Səhmlərinin 99 faizi Monakoda qeydiyyatdan keçmiş və sahibi Müşfiq Əli oğlu Abdullayevə məxsus olan "Socaity Civil Particuler İnter Solutions” adlı şirkətə, 1 faizi isə qardaşı Abdullayev Allahverdi Əli oğluna məxsus idi.

2018-ci ildən başlayaraq Müşfiq Abdullayevin biznesi sürətlə geriləməyə başlayıb, onun şirkətinin təchizatçılar qarşısında borcları şişib. Nəticədə qardaşlar müflis olublar. Bu ilin martında Allahveri Abdullayev həbs edilib. Qardaşı Müşfiq isə axtarışdadır.

Son xəbərlər

Dövlət qeydiyyatına alınmış daşınmaz əmlakların sayı artıb

Kənd Təsərrüfatı Nazirliyi “Ayın Fermeri” müsabiqəsini elan edir

Azərbaycanda peyvənd olunanların sayı açıqlandı

Avropa zavodlarında işəgötürmə tempi rekord səviyyəyədir

Azərbaycanda daha 431 nəfər koronavirusa yoluxdu

Bərpa olunan enerji mənbələri əməkdaşlıq üçün perspektivli sahədir - Nazirlik

Nazir proqnoz verdi: “AzerGold” 2035-ci ilədək 16 minə yaxın işçi cəlb edəcək

Mayda STAR neft emalı zavodu xam neft idxalını 14 faiz azaldıb

Gürcüstanda epidemioloji vəziyyət kəskinləşdi

“Urals” neftinin qiyməti 60 faiz artıb

Sərhəddə müxtəlif adda dərman preparatları saxlanıldı

“Pfizer” və “Moderna” Avropa üçün peyvənd qiymətlərini artırdı

Baş nazir qərar verdi: 20 ölkədən uçuşlara icazə verildi

Böyük Kəsik–Ağgöl yolunun tikintisinə 2,2 milyon manat ayrıldı – SƏRƏNCAM

Dövlət boş iş yerlərini açıqladı - 5000 AZN maaş (VİDEO)

Dövlət boş iş yerlərini açıqladı - 5000 AZN maaş (VİDEO)

Təhsil Nazirliyi V qrant müsabiqəsinin nəticələrini açıqladı

Azərbaycanda müştərilərə verilən kreditlərin həcmi açıqlandı

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları cüzi artıb

“Saudi Aramco” bitkoin mayninq edəcəyi ilə bağlı şayələri təkzib edib

11 saylı poliklinikada saxta COVİD-19 pasportu satılıb (Baş Prokurorluq/DİN)

11 saylı poliklinikada saxta COVİD-19 pasportu satılıb (Baş Prokurorluq/DİN)

Bütün xəbərlər
-->