Dünya
18.06.2021 / 10:00
Bu ölkədə də 12-15 yaşlı uşaqlar vaksinasiya olunacaq
14157
Danimarka Səhiyyə İdarəsi 12-15 yaş arası uşaqlara koronavirus əleyhinə peyvənd vurdurmaq imkanı yaratmağa qərar verib.
Valyuta.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə TASS xəbər yayıb.
Bunun sentyabr ayında – 16 yaşlıların vaksinasiyası bitdikdən sonra olması gözlənilir.
Səhiyyə qurumu immunizasiyaya başlamazdan əvvəl beynəlxalq təcrübə, həmçinin uşaqların və gənclərin aşılanmasının təhlükəsizliyi ilə bağlı məlumatları öyrənəcək.
Xatırladaq ki, Yaponiya da analoji addıma hazırlaşırdı. Həmçinin Qida və Dərman İdarəsi (FDA) ABŞ-da 12-15 yaşlı yeniyetmələr üçün “Pfizer” peyvəndinin istifadəsini təsdiqləyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay