Dünya
17.06.2021 / 14:30
Hindistanda “yaşıl göbələk” xəstəliyinə yoluxma qeydə alındı
14113
Hindistanın Madhya Pradeş ştatında yeni göbələk xəstəliyi olan “yaşıl göbələy”ə yoluxma qeydə alınıb.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bu barədə Sri Aurobindo Tibb Elmləri İnstitutunun (SAIMS) əməkdaşı Ravi Dozi bildirib.
Belə ki, 34 yaşlı koronavirus xəstəsi ştat xəstəxanasına gətirilib, sonra da hava yolu ilə Mumbaya aparılıb.
Bundan əvvəl Hindistanda “qara göbələy”ə 31,2 min, “ağ göbələy”ə də bir neçə yoluxma halı barədə açıqlama verilib.
O cümlədən “qara göbələy”ə yoluxmaların son üç həftə ərzində 150 faiz artdığı bildirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay