Dünya
17.06.2021 / 06:36
FES baza faiz dərəcəsini yenə dəyişməz saxladı
14063
ABŞ Federal Ehtiyat Sistemi (FES) iyun ayı üzrə keçirilmiş iclasdan sonra baza faiz dərəcəsini illik 0-0,25% səviyyəsində saxlayıb.
Valyuta.az APA-ya istinadən xəbər verir ki, bu barədə tənzimləyici qurumun yaydığı sənəddə deyilir.
Qərar əksər analitiklərin də proqnozlarına uyğun gəlib.
Qeyd edək ki, tənzimləyici 2020-ci ilin mart ayında plandan kənar faiz dərəcəsini iki dəfə illik 0-0,25% səviyyəsinə endirəndən bəri bu göstəricini artıq onuncu dəfədir ki, dəyişməz olaraq saxlayır. FES faiz dərəcəsini koronavirus pandemiyasının ağır iqtisadi təsirinə cavab olaraq azaltmağa qərar verib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay