Gürcüstanda orta maaş 400 dollara yaxınlaşıb - Azərbaycandan geri qalırlar
Bu ilin I rübündə Gürcüstanda orta aylıq nominal əməkhaqqı illik müqayisədə 4,4 % artaraq 1 256 lari (397 ABŞ dolları) təşkil edib.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatında bildirilib.
Sənədə əsasən, yanvar-martda ən yüksək maaş 2 449 lari (775 dollar) olmaqla maliyyə və sığorta sahəsində müşahidə edilib.
Əməkhaqlarının yüksək olduğu digər üç sektor informasiya və kommunikasiya (2 160 lari/683 dollar), peşə, elmi və texniki fəaliyyət (1 799 lari/569 dollar) və tikintidir (1 665 lari/526 dollar).
Hesabat dövründə Gürcüstanda kişilərin orta aylıq maaşı 1 473 lari (466 dollar), qadınlarınkı isə 1 030 lariyə (325 dollar) bərabər olub. Kişilərin əmək haqqında ötən ilin eyni dövrünə nisbətən 50 lari, qadınlarınkında isə 63 lari artım qeydə alınıb. İqtisadiyyatın əksər sahələrində kişilərin aylıq maaşı qadınlarla müqayisədə yüksək olub.
Məlumat üçün bildirək ki, bu ilin I rübündə Azərbaycanda orta aylıq əmək haqqı 713 manat və yaxud təxminən 420 ABŞ dolları, yanvar-aprel aylarında isə 722 manat və yaxud 425 ABŞ dolları təşkil edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay