Dünya
08.06.2021 / 11:00
Təbrizin şərqində zəlzələ olub
13459
İranın mərkəzi Təbriz şəhəri olan Şərqi Azərbaycan əyalətində 4,2 və 4 bal gücündə iki zəlzələ olub.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, məlumatı Tehran Universitetinin Seysmoloji Mərkəzi yayıb.
Birinci zəlzələ yerli vaxtla səhər saat 03.31-də baş verib. Yeraltı təkanların episentri 8 km dərinlikdə yerləşib.
4 bal gücündə olan ikinci zəlzələ isə saat 07.44-də qeydə alınıb və 10 km dərinlikdə baş verib.
Yeraltı təkanlar nəticəsində itki, yaralı və dağıntıların olub-olmaması barədə məlumat yayılmayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay