ABŞ kriptovalyutalarla bağlı mübarizəni gücləndirəcək – AÇIQLAMA
ABŞ G7 ölkələrinin iclasında kriptovalyutalar da daxil olmaqla, bütün internet portalları üzərindən edilən kiberhücumlarla mübarizə məqsədilə layihə tərtib etməyə hazırlaşır.
Valyuta.az “New York times” qəzetinə istinadən xəbər verir ki, ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivan ötən gün bu barədə açıqlama verib.
O, növbəti həftə keçiriləcək G7 ölkələrinin iclasında kriptovalyutalar bazarı da daxil olmaqla, digər bütün internet portalları üzərindən edilən kiberhücumların qarşısının alınması məqsədilə yeni bir layihə hazırlayacaqlarını deyib.
Həmçin, bu layihə ilə kriptovalyutalar üzərindən həyata keçirilən dələduzluq və mənimsəmə kimi faktların məhdudlaşacağını, kibercinayətlər sahəsində üzv ölkələrin arasında əlaqələrin inkişafında mühüm rol oynayacağını vurğulayıb.
Tərcümə: Kamran Xəlilov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay