İlon Maskın sərvəti bir gündə 6 milyard dollar azalıb
“Tesla” səhmlərinin 5%-lik çöküşü elektrikli avtomobil istehsalı şirkətinin qurucusu İlon Maskın sərvətinin azalmasına səbəb olub.
Valyuta.az Banker.az-a istinadən xəbər verir ki, iş adamı bir gündə təxminən 6 milyard dollar itirib.
Cümə günü Çində elektrikli avtomobillərə tələbatın aşağı düşməsi xəbəri fonunda səhmlər 5.33% ucuzlaşıb. Hal-hazırda İlon Maskın sərvəti 145.7 milyard dollar dəyərində qiymətləndirilir.
May ayında Çində “Tesla” avtomobillərinin satışı təxminən 50% azalıb. Bu, Çin hökumətinin Amerika şirkətləri üzərində nəzarəti gücləndirməsi ilə əlaqəli olub. Yerli tənzimləyicilər yol təhlükəsizliyi risklərinin artmasından narahatdırlar. Üstəlik, Pekin və Vaşinqton arasındakı münasibətlər günü-gündən kəskinləşir.
Şirkətin hesabatına görə, Çində aylıq sifarişlərin həcmi 9800 avtomobilə qədər azalıb. Xatırladaq ki, aprel ayında bu göstərici 18 min olub. “Tesla” üçün Çin bazarı ABŞ-dan sonra ikinci yerdə dayanır. Şirkətin ümumi satışlarının 30%-i bu ölkənin payına düşür.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay