BAKU Azərbaycan
24.03°C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    2.0507
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.0223
  • 1 GBP İngiltərə funt sterlinqi
    2.3797

Bir neçə ay öncə Hindistanda ortaya çıxan və beyin, göz, burun və immun sisteminə ciddi təsir edən Qara göbələk (Mukormikoz) xəstəliyi təhlükə yaymağa davam edir. 

Valyuta.az xəbər verir ki, sözügedən xəstəlikdən bu günə qədər Hindistanda 800-dən çox yoluxma faktı baş verib və bunlardan 222-i sadəcə bir ayələtdəndir.

Son bir neçə gündə isə sözügedən virsua İraqda 5 nəfər yoluxub və onlardan biri dünyasını dəyişib.

Məsələ ilə bağlı açıqlama edən İraqın Səhiyyə naziri Ruba Felah bildirib ki, bu virus torpaqda, çürüyən bitkilərdə, heyvan gübrəsində və gigiyenik olmayan insanlarda olur: 

"Xəstəlik zəif immunitet sistemi olanları təsir etmir. Yoluxucu olmadığı üçün narahatçılığa ehtiyac yoxdur”. 

Mukormikoz nədir?

Mukormikoz çox nadir görülən göbələk infeksiyasıdır. Torpaqda, bitkilərdə, nəcisdə və ya çürüyən meyvə və tərəvəzlərdə olan mukor qalığına səbəb olan göbələklə təmas nəticəsində meydana gəlir.

Xəstəliyin simptomlar nələrdir?

Mukormikoz xəstələrində ortaya çıxan simptomlar arasında burun ətrafındakı dərinin qaralması və rənginin dəyişməsi, burundakı qanaxma və ya tıxanma, sinə ağrısı, nəfəs darlığı, qan axıntısı ilə müşahidə olunan öskürmə, gözlərin həddən artıq şişməsi və ya ağrı, bulanıq və ya çəp görmə və son nəticədə isə korluq var.

Həkimlər deyirlər ki, xəstələrin çoxu görmə qabiliyyətini itirməyə başladıqdan sonra geri qayıdır və bu da müalicəni çətinləşdirir.

Xəstəlik yoluxucudurmu?

Xəstəlik yoluxucu deyil. Başqa sözlə, insandan insana və ya heyvandan insana birbaşa yoluxma yoxdur. Ancaq bu küf havadakı və ya ətrafdakı göbələk sporları ilə yayıla bilər. 

Xəstəlik simpomtları daha çox kimlərdə rast gəlinir?

Mütəxəssislər qeyd edir ki, xərçəng müalicəsi, diabet (şəkər xəstəliyi ) və ya steroid istifadəsi səbəbi ilə immunitet zəiflədikdə, bu orqanizmlər sürətlə çoxala və infeksiyaya səbəb ola bilər. 

Müalicəsi varmı? 

Bu xəstəliyin irəli mərhələsində  və müalicənin təxirə salındığı hallarda, infeksiyanın beyinə çatmaması üçün göz çıxarılmalıdır.

Bəzi hallarda həkimlərin xəstələrin hər iki gözünü, nadir hallarda çənə sümüyünü çıxartması lazım ola bilər.

Xəstəliyin müalicəsində istifadə olunan yalnız bir dərman var. Bu enjektorun hər dozası 48 dollardır və gündəlik 8 həftə ərzində tətbiq olunmalıdır.

ARAŞDIRMA: Kamran Xəlilov

Valyuta.az

Son xəbərlər

Rusiya Azərbaycana təyyarə uçuşlarının sayını artıracaq

Prezident səhiyyə işçilərinə fəxri adlar verdi - SƏRƏNCAM

Prezident səhiyyə işçilərinə fəxri adlar verdi - SƏRƏNCAM

Bu il Azərbaycana velosiped əsasən Çindən gəlib

Qobustanda fermerlərə yeni taxıl sortları nümayiş olunub - FOTO

Neft bazarında qiymət azalmasının sürəti zəifləyib

Mikayıl Cabbarov: "Azad edilmiş ərazilərdə 13 307 əmlak inventarlaşıb"

Mayda istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi artıb

Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı

Naxçıvanda Külək-Günəş Hibrid Elektrik Stansiyası istifadəyə verilib

Ağsu rayonunda barama tədarükü başa çatıb

“SOCAR Methanol” ötən ay istehsalı bərpa edib

Azərbaycan bu kəmərlə Ukraynaya qaz ixrac edə bilər

İdxal 6 faiz aşağı düşüb: İstehsal artıbmı? – İqtisadçıdan açıqlama

AİB Tacikistana üç il ərzində edəcəyi maddi yardımı məbləğini açıqladı

Təhsilverənin sertifikatlaşdırması iki mərhələdən ibarət olacaq

Nabranda meşədə baş verən yanğın söndürülüb

Ölkədə son sutkada neçə nəfərə vaksin vurulub? - Operativ Qərargah

Qobustanda toxumçu fermerlərə yeni yerli və xarici taxıl sortları nümayiş olundu - FOTOLAR

“Foreks”dən qazanan şəxs VÖEN əldə etməlidir - AÇIQLAMA

Antitel yaranmayan şəxslərə üçüncü doza vaksin vurula bilər - İşçi qrup

Bütün xəbərlər
-->