Rusiyadan miqrantlara tələb - Rus dilini və ölkənin tarixini bilməlidirlər
Rusiyada xarici işçilərdən rus dilini, ölkənin tarixini və qanunvericiliyinin əsaslarını bilmək tələb olunacaq.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bu sahələrdə minimum bilik səviyyəsinə dair tələblər Rusiya hökumətinin müvafiq fərmanı ilə təsdiqlənib.
Belə ki, miqrantlar sosial-məişət və bəzi peşə mövzularında rus dilində sərbəst danışmalıdırlar. Bu, xüsusilə, işə qəbulda, xəstəxanalara və polisə müraciət zamanı tələb olunur. Xarici işçilər, həmçinin lazımı sənədləri və ərizələri doldura bilməlidirlər.
Rusiya tarixi imtahanında xarici işçilərin əsas hadisələr, iri şəhərlərin adları və dövlət bayramları barədə bilikləri də yoxlanılır. Bundan əlavə, onlar ölkədə olduqları müddətdə özlərinin əsas hüquqları, azadlıqları və vəzifələri ilə tanış olmalıdırlar.
Bu tələblər bəzi istisnalar olmaqla, Rusiyada yalnız müvəqqəti yaşamağı planlaşdıranlar şəxslərə də aiddir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay