Dünya
01.06.2021 / 16:12
Türkiyəli nazirdən diplomların qarşılqlı tanınması ilə bağlı AÇIQLAMA
13162
Türkiyənin milli təhsil naziri Ziya Selçuk Azərbaycan və Türkiyənin ali məktəb diplomlarının qarşılıqlı olaraq tanınması ilə bağlı məsələyə münasibət bildirib.
Valyuta.az xəbə Report.az-a istinadən xəbər verir ki, Z.Selçuk müsahibəsində, tədris ilinin müddəti baxımından iki ölkənin diplomlarının ekvivalenti ilə bağlı bəzi uyğunsuzluqların olduğunu deyib.
Nazir qeyd edib ki, bu məsələ ilə bağlı müzakirələr aparılıb:
“Bu kimi məsələlər bizim bir-iki görüşlə dərhal həll edə biləcəyimiz məsələlərdir və bununla balalarımıza yol açmaq iqtidarındayıq. Biz bunları böyük problemlər kimi deyil, danışıb həll edə biləcəyimiz məsələlər olaraq görürük. Onu da qeyd edim ki, diplomların ekvivalenti ilə bağlı bəzi razılaşmalar əldə etmişik”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay