Dünya
31.05.2021 / 10:05
Lirənin məzənnəsi ilk dəfə 0,2 manatdan aşağı düşüb
13019
Mayın 31-nə Türkiyə lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 1,3% azalaraq 0,1983 manat təşkil edib. Bu, yeni tarixi minimumdur.
Valyuta.az "APA-Economics"ə istinadə xəbəbr verir ki, manatın 2006-cı ildə Azərbaycanda baş verən denominasiyasından sonra lirə ilk dəfədir 20 qəpik səviyyəsindən aşağı düşüb.
Qeyd edək ki, indiyədək (denominasiyadan sonra – red.) lirənin manata qarşı ən yüksək dəyəri 2008-ci ilin yanvarın 15-də qeydə alınıb – 0,7363 manat. Son 10 ildə isə lirənin manata qarşı məzənnəsinin pik həddi 2011-ci ilin mayın 19-da qeydə alınıb – 0,5026 manat.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnəsinə görə, hazırda 1 manat 5,0429 lirəyə bərabərdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay