Dünya
24.05.2021 / 12:08
Serbiya Azərbaycandan aldığı borcu vaxtından əvvəl qaytarıb
12643
2020-ci ildə Azərbaycanın xarici dövlətlərə verdiyi kreditlər üzrə daxilolmalar 2,4 milyon manatlıq proqnoza qarşı 332,5 milyon manat təşkil edib.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bu barədə “2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində bildirilir.
Sənəddə həmçinin deyilir ki, artım Serbiyaya verilmiş kreditlərin vaxtından əvvəl qaytarılması ilə bağlıdır. Belə ki, qarşı tərəf Azərbaycan tərəfinə müraciət edərək kredit müqaviləsində göstərilən müddətdən əvvəl krediti tam qaytarmaq niyyətində olduğunu bildirib və buna razılıq alıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay