Koronavirus böhranı Almaniya iqtisadiyyatına 300 milyard avroya başa gəlib
COVID-19 pandemiyasının nəticələrini aradan qaldırmaq Almaniyaya təxminən 300 milyard avroya başa gəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Die Welt” qəzeti Köln İqtisadiyyat İnstitutunun hesablamalarına istinadla məlumat yayıb. İnstitutun rəhbəri Mixael Hyüterin sözlərinə görə, yalnız son üç rübdə (2020-ci ilin dördüncü rübündən bu ilin ikinci rübü üzrə) böhranın aradan qaldırılması xərcləri təxminən 140 milyard avro təşkil edib. Bu məbləğin üçdəbiri koronavirusun ikinci dalğasının nəticəsi olan lokdaunla bağlıdır.
“Vaksinasiya tempi artır və bu, iqtisadiyyat üçün mühüm siqnaldır. Lakin biz illüziyaya qapıla bilmərik ki, böhran guya daha öz izini qoymayacaq”, - deyə Hyüter xəbərdarlıq edib.
Hazırda Almaniyada karantin tədbirləri qüvvədədir, lakin qışda olduğu qədər sərt deyil. Məktəblər və uşaq bağçaları açıqdır, bir sıra vilayətlərdə muzeylər və qalereyalar işləyir. Bir çox regionlar məhdudiyyət tədbirlərini yumşaltmağa başlayıb, açıq havada restoranlar fəaliyyət göstərir, otellər açılıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay