Dünya
21.05.2021 / 19:12
Gürcü larisi dollar və avroya qarşı möhkəmlənib
12574
Son günlər Gürcüstanın milli valyutası olan larinin ABŞ dolları və avroya münasibətdə möhkəmlənməsi müşahidə edilir.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, sabah 1 ABŞ dolları 3,3056 lariyə bərabər olacaq.
Bugünkü rəsmi məzənnə ilə müqayisədə dollar lariyə qarşı 0,0481 lari ucuzlaşıb.
Avroya gəlincə, sabah bu xarici valyuta 4,0414 lari təşkil edəcək. Öncəki məzənnə 4,0895 lari idi.
Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili larinin dəyər qazanmasını iqtisadi fəaliyyətin bərpası, turizm sektorundakı müsbət gözləntilər və vaksinasiyanın sürətlənməsi ilə əlaqələndirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay