EUR/USD və GBP/USD məzənnələri - Bahalaşmaqdadır
ABŞ-da inkişafın qeyri-bərabər müşahidə olunması, natamam qalması və əmək bazarında durğunluq üzündən inflyasiyada dayanıqlı artım proqnozlaşdırılmadığı üçün monetar siyasətin sərtləşdirilməsi planları da gecikir. Bu, dollara qarşı təzyiqlər də artmaqdadır. Bununla yanaşı, hökümətin fiskal dəstək proqramlarının da iqtisadi təsirləri fonunda qeyri-müəyyənlik artmaqdadır.
Valyuta.az Investaz.az-a istinadən xəbər verir ki, beləliklə, EUR/USD və GBP/USD məzənnələri bahalaşmaqda, USD/JPY, USD/TRY, USD/RUB valyuta cütklüklərin qiymətləri isə ucuzlaşmaqdadır. Əmtəə birjalarında da neft və qızıl qiymətlərində bahalaşma davam edir.
Kriptovalyuta bazarlarında isə dolların ucuzlaşmasına baxmayaraq, BTC/USD məzənnəsi də ucuzlaşır.
Qeyd etmək lazımdır ki, dollar indeksi üzrə təhlillərə əsasən, düşüş 6 ilin minimumlarına kimi sürətlənə bilər.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay