Dünya
13.05.2021 / 11:59
Gürcüstanın xarici ticarət dövriyyəsi 13 %-ə yaxın artıb
12219
Bu ilin yanvar-aprel aylarında Gürcüstanın xarici ticarət dövriyyəsinin həcmi illik müqayisədə 12,8 % artaraq 3 milyard 929 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.
Sənədə əsasən, ilk dörd ayda qonşu ölkənin ixracının dəyəri 1 milyard 199 milyon ABŞ dollara (+19,6 %), idxalının dəyəri isə 2 milyard 730 milyon ABŞ dollara (+10,1 %) bərabər olub.
Hesabat dövründə xarici ticarətdə 1 milyard 531 milyon ABŞ dollarlıq kəsir yaranıb ki, bunun da ümumi ticarət dövriyyəsindəki payı 39 %-dir. //Report
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay