BAKU Azərbaycan
19.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8198
  • 1 Rusiya rublu
    0.0182
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1173
12130

Dünya Bankı ümumi dəyəri 95,88 mln. ABŞ dolları olan və bank tərəfindən 65 mln. dolların ayrılacağı "Regional əlaqələr və inkişaf" layihəsinin (Salyan-Biləsuvar yolunun yaxşılaşdırılması) planını dərc edib.

Valyuta.az-ın "APA-Economics"ə istinadən verdiyi məlumata görə, bu barədə Dünya Bankı məlumat yayıb.

Məlumata görə, layihənin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) icra edəcək və təsdiqlənməsi 20 may 2021-ci il, başa çatması isə 31 mart 2026-cı il tarixlərində gözlənilir.

Sənəddə qeyd olunur ki, bank tərəfindən 65 mln. dollar məbləğində ayrılacaq kredit Azərbaycan tərəfindən tədricən mənimsənəcək. Belə ki, bankın 2021-ci maliyyə ilində (1 iyul 2020 – 30 iyun 2021) heç bir ödəniş gözlənilmədiyi halda, 2022-ci ildə – 11,75 mln. dollar, 2023-cü ildə – 25 mln. dollar, 2024-cü ildə – 20,5 mln. dollar, 2025-ci ildə – 5 mln. dollar, 2026-cı ildə isə 2,75 mln. dollar həcmində ödənişin olacağı gözlənilir. Layihənin ümumi riski orta səviyyəli sayılır.

Layihə dörd komponentdən ibarət olacaq. Birinci (əsas) komponent yollararası bağlantının yaxşılaşdırılmasına yönələcək və Ələt-Astara avtomobil yolunun (M3) 32,1-ci və 103,3-cü kilometrləri arasındakı hissəsinin bərpasını özündə birləşdirir. Layihənin əhatə etdiyi hissə M3 yoluna alternativ bir marşrut təqdim edilir və bu da magistral yolun gələcəkdə pullu olması üçün əsas tələblərdən biridir.

İkinci komponent yol sektorunun dayanıqlığının artması məqsədini güdür və buraya ağıllı nəqliyyat sistemlərinin tətbiqi ilə yol şəbəkəsi idarəsinin və əməliyyat səmərəliliyini artırılması və "e-tolling" (avtomatik elektron ödəniş sistemi – red.) vasitəsilə yük avtomobillərinin normadan artıq yüklənməsini nəzarətdə saxlayaraq, yolun vaxtından əvvəl sıradan çıxmasının qarşısını almaq daxildir.

Üçüncü komponent yol kənarındakı logistika və bazar obyektlərini inkişaf etdirilməsindən və yoldan aktiv istifadə edən sahibkarlar və fermerlər üçün konsaltinq və təlim təşəbbüslərindən ibarət olacaq.

Sonuncu – dördüncü komponent əsasən layihənin idarə edilməsi ilə bağlıdır və müxtəlif layihə idarəetmə funksiyalarını dəstəkləyəcək. Bura personal, maliyyə yoxlamaları və layihəni tamamlamaq üçün fərdi məsləhətçi xidmətlərinin xərcləri və həyata keçirən təşkilatın idarəetmə funksiyalarının dəstəyi daxildir.

Sənədə görə, layihənin əhatə etdiyi yol hissəsində altı körpü var. Mövcud körpülərdən beşi tamamilə dəyişdiriləcək, bir körpü bərpa ediləcək.

Layihə çərçivəsində qoyulan məqsədlərə gəldikdə, Dünya Bankı bildirir ki, nəticədə sözügedən yoldan 100 mindən çox, o cümlədən hər gün 7 min insan istifadə edəcək. Bundan əlavə, sözügedən yoldan istifadə edərək öz məhsullarını fermadan bazarlara çatdıran fermerlərin nisbətən 70 dəqiqə qənaət edəcəkləri gözlənilir. Bundan başqa, orta həcmli yük avtomobillərinin istismar xərclərində azalmasının 11%-dək azalacağı, layihə çərçivəsində yerli əhali üçün 4 000 iş yerinin açılacağı gözlənilir.

Layihənin komponentləri

Layihənin məbləği, mln. $

Azərbaycan maliyyəsi mln. $

DB maliyyəsi, mln. $

Komponent 1

89,09

28,69

60,4

Komponent 2

1,48

0,48

1,0

Komponent 3

2,95

0,95

2,0

Komponent 4

2,36

0,76

1,6

Ümumi

95,88

30,88

65

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Hermes Energy" Gömrük Məcəlləsini pozmaqda ittiham edilir

Bir neçə saniyəyə doldurula bilən batareya hazırlandı

Türkmənistan üzünü Qərbə tutur: Parisdə Britaniya ilə birgə tədbir

"Bank VTB" məhkəməyə verildi

Gözünü Ukraynaya dikmiş rus riteylərinə Avropada mağaza açmağa icazə verilmədi

Ən çox milyarderin yaşadığı 10 ölkə

MKT-ya 125 min vergi borcu hesablandı, şirkət məhkəməyə üz tutdu

Mask yeni "Tesla" fabriklərinin tikintisi ilə bağlı fikrini dəyişdi

Azərbaycanda yeni kollec yaradıldı

İcra hakimiyyəti ilə “Azpetrol”un benzin sövdələşməsi

Rusiya yaxın illərdə Çinə qazı endirimlə tədarük edəcək

Şərurlu İsfəndiyarın şirkəti yenidən məhkəmə qarşısında

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi (YENİLƏNİB)

Fransaya məxsus təyyarə Bakıya qəza enişi etdi

Avtomobil istehsalçısı smartfon buraxdı

Milli Məclis 893 minlik noutbuk və avadanlıq alır

“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir ®

Gələn il Bakıda Kosmik Texnologiyalar Konfransı keçiriləcək

QSC əmək hüquqlarını pozduğuna görə 20 min manat cərimələndi

Sahibkarları regionlara investisiya yatırmağa necə təşviq etmək olar? (ŞƏRH)

Sahibkarları regionlara investisiya yatırmağa necə təşviq etmək olar? (ŞƏRH)

Bu dərmanlara görə qoyulan qadağa aradan qaldırılır

Şuşaya köç başlayır - Tarix açıqlandı

Azərbaycanın sığorta bazarı 8% böyüyüb

"Hugo Boss" Rusiya biznesini satmaq üçün icazə aldı

Bağışlanma müqaviləsi nədir?

Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası ®

"Startap" şəhadətnaməsinin dublikatını almaq olurmu?

Bakı ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlər reytinqində 3-cü yerdədir

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin