BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8205
  • 1 Rusiya rublu
    0.0184
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1193
10666

Çinin ən böyük internet şirkəti olan “Alibaba”nın səhmləri antimonopoliya pozuntularına görə rekord məbləğdə cərimə kəsilməsindən sonra bu gün 7-8% bahalaşıb.

“Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 08:19-da “Alibaba” səhmlərinin qiyməti 7.16% artaraq hər səhm üçün 233.6 yuan (təxminən 61 manat) səviyyəsində qərarlaşıb. Bundan bir qədər əvvəl şirkətin səhmlərinin qiyməti 235,6 yuan olub (8% bahalaşma).

Çinin Bazar Nəzarəti və Tənzimləmə İdarəsi antimonopoliya pozuntularına görə şirkəti 18,23 milyard yuan (təxminən 4,7 milyard manat) məbləğində cərimələyib. Bu ölkə tarixində kəsilmiş ən böyük cərimədir.

İdarənin məlumatına görə, 2015-ci ildən “Alibaba” bazarda hakim mövqeyindən sui-istifadə edərək öz platformasında ticarət şirkətlərini "ikisindən birini seç" prinsipinə tabe olmağa məcbur edib. Bu prinsipə əsasən ticarət şirkətlərinə digər rəqib platformalarda mağazalar açmaq və ya reklam aksiyalarında iştirak etmək qadağan edilirdi.

“Alibaba Group” Çinin elektron ticarət sahəsində fəaliyyət göstərən ən böyük internet şirkətidir. Şirkət 1999-cu ildə iş adamı Cek Ma tərəfindən təsis edilib. Qrupa həmçinin “Alibaba Pictures”, Alibaba.com, AliExpress.com, Taobao.com, Tmall.com şirkətlərİ və internet platformaları daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İnnovasiya və Təchizat Mərkəzi 369 576 manatlı hellium alır

ABŞ alimləri təbiilərindən üstün olan süni bədən hüceyrələri yaratdıblar

“Bakı Tikiş Evi” məhkəmə qarşısında

Mühafizə şirkəti məhkəməyə verildi

Rusiyada yük maşını sürücülərinin çatışmazlığı 25%-ə çatdı

"Hom-Paş Prestij" məhkəməyə niyə verilib?

"A-Group Sığorta Şirkəti" cərimələnir

Ukrayna mayda Dnepr SES-in bərpasına başlamağı planlaşdırır

Dövlət xidmətindən “Azpetrol”a 60 min manatlıq sifariş

NASA BKS-də mutant canlılar aşkarlandığını açıqladı

Rusiya aktivləri Ukraynaya keçəndən sonra dollar ucuzlaşacaq - İqtisadçı

İki məşhur şirkət arasında alqı-satqı qalmaqalı

"Meta"nın gəlirləri artıb

Bloomberg: Rusiyanın aktivlərinin müsadirəsi kütləvi de-dollarizasiyaya səbəb ola bilər

Gömrük Komitəsi “Coca-Cola” şirkətini nədə ittiham edir?

Britaniya vasitəçilərdən rekord həcmdə Rusiya nefti alır

Xarici ölkələrə tomatın kiloqramını neçəyə satırıq? - 3 ayda ölkəyə 45 milyon dollar gəlir gətirib

Dünyanın ən böyük daşıyıcılarından biri nəhayət ki, Rusiya və Çinlə işə son qoydu

Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti yeni brend kimliyini təqdim edir ®

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi ®

Naxçıvan DSMF-nin sədri işdən çıxarıldı

Türkiyədə lirə ilə bağlı qərar verildi

Prezidentlər Füzuli və Ağdama səfər edib (YENİLƏNİB)

ABŞ-da məşhur konsaltinq şirkətinə qarşı opioid epidemiyasına görə cinayət işi açıldı

“TikTok” Türkiyədə də qadağan olunur? - Rəsmilər Türkiyə Böyük Millət Məclisinə dəvət olunub

Bağışlanma müqaviləsi hansı halda ləğv edilə bilər?

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Bakıda yeni

Bakıda yeni "mall" bu tarixdə açılacaq (FOTO)

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin