BAKU Azərbaycan
19.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8198
  • 1 Rusiya rublu
    0.0182
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1173
10614

Çin Xalq Respublikasının Bazara Nəzarət üzrə Dövlət İdarəsi antiinhisar qanunvericiliyini pozduğuna görə “Alibaba” şirkətinin 18,22 milyard yuan (2,78 milyard ABŞ dolları) məbləğində cərimə olunduğunu elan edib.

Bu barədə tənzimləyicinin saytındakı bəyanatda deyilir.

"İnhisarçılıq haqqında qanun pozulması ilə əlaqədar “Alibaba”nın cərimələnməsi barədə qərar qəbul edilib. Bu şirkət milli qanunvericiliyi pozmağı dayandırmalıdır, 2019-cu ildə Çindəki satışı 455,71 milyard yuan (69,67 milyard ABŞ dolları) təşkil edən şirkətin cəriməsinin məbləği 4% təşkil edəcək. “Alibaba” 18,22 milyard yuan (2,78 milyard ABŞ dolları) ödəməlidir", - sənəddə deyilir.

Sənəddə qeyd edilidiyi kimi, istintaq “Alibaba”nın istehlakçıları öz xidmətlərindən "seçim etmədən" istifadəyə məcbur etmə siyasəti yürütdüyünü təsdiqləyib. "Bu, Çinin elektron ticarət bazarının rəqabət mühitini mənfi təsir etdi", - deyə bildirilir.

Sənədə əsasən, cərimə haqqında qərar real faktlara və mövcud sübutlara əsasən qəbul edilib və istehlakçıların qanuni hüquqlarını qorumağa imkan verəcək.

Qeyd edək ki, şirkət də öz növbəsində bəyanat yayaraq qərarla razılaşdığını bildirib.

Daha əvvəl “The Wall Street Journal” Çinin antiinhisar orqanları elektron ticarət nəhəngi olan “Alibaba” şirkətini rekord məbləğdə cərimələməyi planlaşdırması barədə məlumat yayıb. Mənbələr bildirib ki, “Alibaba”ya tətbiq olunan cərimənin məbləği 2015-ci ildə haqsız rəqabətdə günahlandırılan “Qualcomm”un Çin hökumətinə ödədiyi 975 milyon ABŞ dolları məbləğində olan cəriməni keçəcək. //“Report”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Gözünü Ukraynaya dikmiş rus riteylərinə Avropada mağaza açmağa icazə verilmədi

Ən çox milyarderin yaşadığı 10 ölkə

MKT-ya 125 min vergi borcu hesablandı, şirkət məhkəməyə üz tutdu

Mask yeni "Tesla" fabriklərinin tikintisi ilə bağlı fikrini dəyişdi

Azərbaycanda yeni kollec yaradıldı

İcra hakimiyyəti ilə “Azpetrol”un benzin sövdələşməsi

Rusiya yaxın illərdə Çinə qazı endirimlə tədarük edəcək

Şərurlu İsfəndiyarın şirkəti yenidən məhkəmə qarşısında

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi (YENİLƏNİB)

Fransaya məxsus təyyarə Bakıya qəza enişi etdi

Avtomobil istehsalçısı smartfon buraxdı

Milli Məclis 893 minlik noutbuk və avadanlıq alır

“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir ®

Gələn il Bakıda Kosmik Texnologiyalar Konfransı keçiriləcək

QSC əmək hüquqlarını pozduğuna görə 20 min manat cərimələndi

Sahibkarları regionlara investisiya yatırmağa necə təşviq etmək olar? (ŞƏRH)

Sahibkarları regionlara investisiya yatırmağa necə təşviq etmək olar? (ŞƏRH)

Bu dərmanlara görə qoyulan qadağa aradan qaldırılır

Şuşaya köç başlayır - Tarix açıqlandı

Azərbaycanın sığorta bazarı 8% böyüyüb

"Hugo Boss" Rusiya biznesini satmaq üçün icazə aldı

Bağışlanma müqaviləsi nədir?

Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası ®

"Startap" şəhadətnaməsinin dublikatını almaq olurmu?

Bakı ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlər reytinqində 3-cü yerdədir

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Almaniyada “Adidas” və “Nike” şirkətləri arasında apelyasiya prosesi başladı

Şərqi Zəngəzur zonasında 2026-cı ilə qədər 3 şəhər, 29 kənd və 5 qəsəbənin salınması planlaşdırılır

Naxçıvan MR Yoluxucu Xəstəliklər Mərkəzi cərimələnə bilər

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı (YENİLƏNİB)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin