Azərbaycan hərbi xərclərini 1.7 milyard artırır - SƏBƏB
Gələn ilin büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri ilkin varintla müqayisədə artırılacaq.
Valyuta.az xəbər verir ki, müdafiə və təhlükəsizlik xərcləri ilkin variantda nəzərdə tutulan 6 milyard 658,3 milyon manatdan 8 milyard 396,3 milyon manata çatdırılacaq.
Maliyyə Nazirliyi bildirib ki, Prezident İlham Əliyevin göstərişinə əsasən büdcənin müdafiə və təhlükəsizlik xərcləri 1 milyard 738 milyon manat artırılıb.
Xərclər aşağıdakı kimi bölüşdürüləcək:
müdafiə qüvvələri – 2 665 277 196,0
milli təhlükəsizlik – 467 917 873,0
sərhəd xidməti – 540 314 143,0
müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar – 5 359 711,0
müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər – 4 717 428 673,0
Nazirlik qeyd edib ki, hərbi xərclərin artırılmasına əsas səbəb Ermənistanın genişmiqyaslı militarizasiya siyasətinə cavab tədbirlərinin görülməsi ehtiyacıdır.
© Modern.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay