"Bütün dünyada olan françayzlıq Azərbaycana gələndə forma dəyişdirir"

Redaktor

12.06.2025 09:14
715

"Bütün dünyada olan françayzlıq Azərbaycana gələndə forma dəyişdirir"

"Azərbaycanda françayzlıq idarəetməsində yanlışlıqlar var. Bütün dünyada olan françayzlıq Azərbaycana gələndə forma dəyişdirir. Dünyadakı françayzlıqlar da bunu qəbul edirlər. Bunun bir çox nümunəsi var. Azərbaycan toplumu dünya marketinq strategiyasını birəbir mənimsəmir. Özünəməxsus etməyə çalışır".

Bunu "Valyuta.az"a müsahibəsində marketinq və brend inkişafı üzrə türkiyəli mütəxəssis Burak Kölemen deyib:

Ekspertin sözlərinə görə, françayzlıq bir mədəniyyət transferidir və onun orijinallığına müdaxilə edildikdə, bu model öz mahiyyətini itirir.

"Françayzlığın nə olduğunu sadə dildə izah edim. Deyək ki, siz Masallının bir kəndindənsiniz. Kənddəki nənəniz öz resepti ilə bir mürəbbə bişirir və çox dadlıdır. Siz də deyirsiniz ki, onu nənəmdən başqa heç kim edə bilmir. Sonra o mürəbbəni ananıza öyrədir və siz də ananızdan öyrənirsiniz. Sonra gəlib deyirsiniz ki, mən bir mağaza açıram, o reseptlə mürəbbə hazırlayıb satacam və bu, mənim ənənəvi mədəniyyətimdir. Heç kim mənim reseptim ilə o məhsulu çıxara bilməz. O mədəniyyətlə bir bazar yarada bilirsinizsə, bu, françayzlıqdır. Sonra bunu başqalarına gizli şəkildə öyrədib Türkiyəyə göndərirsiniz. Nəticədə sizin mədəniyyətiniz yayılır. Səhəri gün mən Türkiyədə desəm ki, bunu Türkiyədə yeməzlər, gəl ad qalsın, amma onu “reçel” edək. Bu françayzlıqdan, mədəniyyət yayılmasından çıxar".

B.Kölemen  ABŞ və Türkiyə "brend"ləri arasında fərqlərə də diqqət çəkib:

"Amerika öz mədəniyyətini ölkələrə françayzlıqlarla yayır. Məsələn, KFC-yə “toyuğu bu sousla yox, başqa sousla edək, bizdə ona tələb var” - deyə bilməzsən. Amma Türkiyədəki “Özsüt”ə “Restoranda kabab da verək” deyərsən, onlar da “Pulumu göndər, kabab da qoy” deyərsə, o, “Özsüt”lükdən çıxar. Bunları misal olaraq deyirəm. Azərbaycanda bəzi ABŞ markaları və güclü olan digər françayzlar müdaxiləyə icazə vermirlər. Amma türk françayzlıqların bəziləri axşam canlı musiqi, spirtli içkilər, qutab, peraşki və s. əlavə edir".

Ərtraflı linkdə: //valyuta.az/az/read/71649/

"Bütün dünyada olan françayzlıq Azərbaycana gələndə forma dəyişdirir"

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...