Redaktor
“iPhone 17 haqqında hər şey – yeni model istifadəçilərin gözləntilərinə cavab verəcək?
“Apple” bu ilin sentyabr ayında təqdim edəcəyi yeni nəsil “iPhone 17” seriyası ilə texnologiya dünyasında yenidən diqqət mərkəzinə düşəcək.
Valyuta.az xəbər verir ki, “iPhone 17 Air” Apple-ın indiyədək istehsal etdiyi ən nazik iPhone modeli olacaq.
Dizayn: Apple tarixində ən incə iPhone
“iPhone 17 Air”in əsas fərqləndirici xüsusiyyəti onun inanılmaz incə dizaynıdır. Cihazın qalınlığının cəmi 5,5 mm olacağı gözlənilir ki, bu da indiyədək istehsal olunmuş ən incə iPhone modeli olacaq. Müqayisə üçün, “iPhone 16 Pro” 8,25 mm, “iPhone 6” isə 6,9 mm qalınlığa malik idi. İncə dizayn səbəbilə cihazda tək arxa kamera yerləşdiriləcək və bu kamera “Google Pixel” modellərinə bənzər şəkildə, üfüqi istiqamətdə yerləşəcək. Ön tərəfdə isə incəlmiş çərçivə və “dinamik ada” dizaynı saxlanılacaq.
Ekran: ölçü artıb, sürət yüksəlib
“iPhone 17 Air” 6,6 düymlük OLED ekranla təqdim olunacaq. Bu ölçü “iPhone 17”dən böyük, “Pro Max” modelindən isə kiçikdir. Yeni ekran 120 Hz yeniləmə sürətinə malik olacaq və bu, Apple-ın nəhayət ki, 60 Hz-dən imtina etməsi deməkdir. Parlaqlıq səviyyəsində 30% artım gözlənilir.
Performans: A19 prosessoru və süni intellekt dəstəyi
Yeni model “A19” prosessoru ilə təchiz olunacaq. Bu çip daha yüksək performans və enerji səmərəliliyi vəd edir. Həmçinin Apple-ın süni intellekt texnologiyası olan “Apple Intelligence” funksiyalarının daha səmərəli işləməsi gözlənilir.
Cihaz 8 GB RAM ilə təchiz olunacaq, yaddaş seçimləri isə 128, 256 və 512 GB olaraq təqdim ediləcək.
Kamera: sadə, amma güclü
Ultra incə dizaynı qorumaq məqsədilə arxa tərəfdə tək kamera yerləşdiriləcək – 48 MP, f/1.6 diyaframlı əsas kamera. Bu kamera “iPhone 16” modellərində istifadə olunanla eynidir. Ön kamerada isə ciddi bir yenilik gözlənilir – 24 MP-lik selfi kamerası.
Batareya: incəliyə baxmayaraq, performans qorunur
“Bloomberg”dən Mark Gurman bildirir ki, Apple “iPhone 17 Air”də batareya ömrünü qoruyub saxlaya biləcək. Beləliklə, cihazın “iPhone 16” ilə oxşar, yəni təxminən 22 saata qədər enerji təmin edə biləcəyi gözlənilir. Cihaz 35W sürətli şarj və “MagSafe” dəstəyi ilə gələcək.
Əlavə xüsusiyyətlər: iOS 19, Apple modem və Wi-Fi 7
Yeni model “iOS 19” əməliyyat sistemi ilə işləyəcək. Apple”ın öz istehsalı olan 5G modemi də bu cihazda yer alacaq və 4 Gb/s sürətə qədər yükləmə imkanı verəcək. Eyni zamanda Wi-Fi 7 və Bluetooth 5.3 dəstəyi də təqdim ediləcək.


Bəzi mənbələr “Air” modelinin əvvəlki “Plus” modelindən daha baha ola biləcəyini iddia etsə də, ən etibarlı mənbələrdən biri sayılan Mark Gurman cihazın 899 dollardan satışa çıxacağını bildirir.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərPendir istehsalında azalma
07.12.2025Vüqar Qurbanovdan yeni təyinat
07.12.2025"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi
07.12.2025"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır
07.12.2025Ən gənc milyarder uğurun sirrini açıqladı
07.12.2025"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO
07.12.2025Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
07.12.2025Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
06.12.2025Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO
06.12.2025Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025