Kargo şirkəti satışa çıxarılır -14 500 müştəri bazası var

Redaktor

20.05.2025 09:15
352

Kargo şirkəti satışa çıxarılır -14 500 müştəri bazası var

2019-cu ilin noyabr ayından fəaliyyət göstərən kargo şirkəti satışa çıxarılıb. MMC kimi qeydiyyatdan keçmiş bu şirkət rəsmi daşıma lisenziyasına malikdir və qanuni şəkildə fəaliyyət göstərir.

Valyuta.az xəbər verir ki, satış qiyməti 19 800 manat olaraq müəyyən edilib.

Şirkət Türkiyədən, "Temu", "Umico Market" və "Trendyol" platformalarından Azərbaycana birbaşa çatdırılma xidmətləri göstərir. Bakıda və Naxçıvanda lisenziyalı filialları fəaliyyət göstərir. Şirkətin həm iOS, həm də Android sistemləri üçün mobil tətbiqləri və xüsusi veb saytı mövcuddur.

Müştəri bazası 14 500 nəfərdən ibarətdir. Türkiyə və Bakıda peşəkar işçi heyəti çalışır. Türkiyədə anbarı olan şirkət həftədə iki dəfə hava daşımaları həyata keçirir. "Trendyol" təsdiq kodu həm veb sayt, həm də mobil tətbiq vasitəsilə avtomatik sistemlə təmin olunub.

"Smart Customs" sisteminə inteqrasiya olunmuş şirkətin gömrükdə rəsmi qeydiyyatı var. Ofislər kamera sistemləri, reklam materialları, personal avadanlıqları, kompüter, masa, 110 kvadratmetrlik böyük zal, anbar, resepsiyon stolu, printer, oturacaq, anbar rəfləri, barkod sistemi və telefonlarla təchiz olunub.

Mühasibatlıq bütün maliyyə əməliyyatlarını ilk gündən rəsmiləşdirərək həyata keçirib. Alınan bütün avadanlıqlar rəsmi sənədlərlə şirkətin mülkiyyətindədir. Əməkdaşlara rəsmi əməkhaqqı ödənilir.

Şirkətin 25 mindən çox real izləyicisi olan "Instagram" səhifəsi və peşəkar SMM reklam xidməti mövcuddur. "Google" və digər axtarış sistemlərində ön sıralarda yer alan şirkət mobil tətbiqləri ilə həm "App Store", həm də "Play Store" platformalarında təmsil olunur.

Ödəniş sistemləri də tam formalaşıb: onlayn veb sayt üzərindən, post-terminal və nağd şəkildə ödənişlər qəbul edilir. Satışa şirkətin bütün ofis avadanlıqları da daxildir. Şirkətin adı yalnız ciddi alıcılarla paylaşılacaq. Barter təklifləri də nəzərdən keçirilir.

Maraqlanan şəxslər 070 506 10 10 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Maya Hüseynova

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Azərbaycan manatını nə gözləyir?

06.12.2025

Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər

06.12.2025
Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur

Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur - SİYAHI

06.12.2025

Sabahın hava proqnozu

06.12.2025

Azərbaycan nefti ucuzlaşıb

06.12.2025

Restoranlarda müştəriləri soymağın yeni üsulu: İstədikləri qədər haqq tələb edirlər

06.12.2025

Məzənnə

Yüklənir...