Biznes
03.12.2024 / 17:38
Haqsız rəqabət aparan 5 sahibkara maliyyə sanksiyası tətbiq edildi
60693
Bu ilin yanvar-oktyabr aylarında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti haqsız rəqabətə yolvermə ilə əlaqədar baxılması başa çatmış işlər üzrə 5 bazar subyektinə 189,7 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə müvafiq icrası məcburi göstəriş verib.
Valyuta.az xəbər verir ki, bu barədə Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli öz "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Dövr ərzində 23 bazar subyekti tərəfindən digər bazar subyektinin əmtəənişanından qanunsuz istifadə etməklə haqsız rəqabətə yolvermə əlamətləri, 29 bazar subyekti tərəfindən isə bir sıra mal və ya xidmətlərin reklamı zamanı reklam qanunvericiliyinin tələblərinin pozulması halları könüllü aradan qaldırılıb", - deyə M.Abbasbəyli qeyd edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay