Azərbaycan və İtaliya şirkətləri arasında görüşlər keçirilib
COP29 çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və İtaliya Ticarət Agentliyinin birdə təşkilatçılığı ilə Yaşıl zonada yerləşən “Ticarət və İnvestisiya Evi” stendində İtaliya və Azərbaycanı təmsil edən şirkət nümayəndələri arasında işgüzar görüşlər keçirilib.
Bu barədə Valyuta.az AZPROMO-dan məlumat verilib.
Məlumata görə, görüşlərdə memarlıq və tikinti, inşaat materialları, mühəndislik, sistem texnologiyaları, infrastruktur, biznes və digər sahələrdə fəaliyyət göstərən 20-yə yaxın şirkət nümayəndələri iştirak edib. B2B formatında təşkil olunan görüşlərin əsas mövzusu ikitərəfli əməkdaşlığın genişləndirilməsi və mövcud əlaqələrin şaxələndirilməsi olub. Həmçinin şirkət nümayəndələri tərəfindən müxtəlif təqdimatlar nümayiş olunub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay