Asiyanın ən dəyərli şirkətindən III rübün sonu üçün mənfəət proqnozu - 40 % artım
TSMC-nin 30 sentyabrda bitən rüb üçün xalis mənfəətinin 298,2 milyard Tayvan dolları olacağı gözlənilir. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 40 faiz artım deməkdir.
Valyuta.az-ın məlumatına görə, “Apple”, “Nvidia”, “AMD” və “Qualcomm” kimi əsas müştərilər “TSMC”nin qabaqcıl istehsal texnologiyalarına əsaslanan yeni məhsullar təqdim etməyə hazırlaşır. Buna görə də, “TSMC”nin üçüncü rübdə qazancının gözləntilərdən xeyli yüksək olacağı proqnozlaşdırılır. “Capital Management” sədri Li Fang-kuo, “TSMC”-nin gəlirlərinin gözlənildiyindən qat-qat yüksək olacağını bildirib.
“TSMC” istehsal gücünü genişləndirmək üçün milyardlarla dollar xərcləyir. ABŞ-ın Arizona əyalətində üç fabrik qurmaq üçün 65 milyard dollarlıq investisiya planı olsa da, istehsalın böyük hissəsinin Tayvanda qalacağı bildirilir.
Süni intellektə tələbatdakı partlayış, ilin əvvəlindən bəri “Taypey” birjasında satılan Asiyanın ən dəyərli şirkəti olan “TSMC”nin səhmlərinin 77 faiz artmasına səbəb olub. Bu dərəcə Tayvan birjasındakı ümumi bazar qazancından (28 faiz) xeyli yuxarıdır. “TSMC” Tayvanın ixraca əsaslanan iqtisadiyyatında mühüm rola malikdir və onu "ölkəni qoruyan müqəddəs dağ" adlandırılır.
Digər tərəfdən, bir vaxtlar yarımkeçirici sənayesində hakim qüvvə olan “Intel” “TSMC” ilə rəqabət aparmaq üçün qurduğu müqaviləli istehsal bölməsində artan itkilərlə tarixinin ən çətin dövrlərindən birini yaşayır.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay