MİDA-ya aid şirkətin mənfəəti yarım milyon manata yaxın azalıb
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tabeliyindəki MİDA MMC-nin xalis mənfəəti 2023-cü ildə azalıb.
Valyuta.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.
Belə ki, MMC ili 1 milyon 756 min manat xalis mənfəətlə başa vurub ki, bu da əvvəlki ilə nisbətən 21 % və ya və ya 455 min manat azdır. 2022-ci ildə “MİDA”nın mənfəəti 2 milyon 211 min manat təşkil edib.
Ötən il “MİDA”da müştərilərlə müqavilələr üzrə gəlirlər 37 % artaraq 122 milyon 15 min manata, satışların maya dəyəri isə 45 % artaraq 102 milyon 88 min manata yüksəlib.
Bu il yanvarın 1-nə MMC-nin cəmi aktivləri illik müqayisədə 43 % artaraq 641 milyon 633 min manat olub. Hesabat dövründə şirkətin öhdəlikləri 2,8 % artaraq 220 milyon 28 min manata, balans kapitalı isə 80,2 % artaraq 421 milyon 605 min manata bərabər olub.
Qeyd edək ki, MİDA MMC 2016-cı ildə yaradılıb, onun nizamnamə kapitalı 10 milyon manatdır.
Pünhan
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay