Yüksək maaşa görə problemli şirkətdə işləyək, yoxsa işimizi dəyişək?
Yüksək maaş verən şirkətlər var ki, işçilər burada işləyir, amma problemli iş mühiti olduğu üçün işlərini dəyişmək istəyirlər. Amma bu zaman onlar çıxılmaz vəziyyətdə qalır. Məsələn, şirkət 2 min manat maaş verir, amma bu sektorda olan bütün şirkətlərdə təklif edilən əməkhaqqı 1000 manatdan çox olmur. Bu zaman işçi həm maaş yüksəkdir deyə qalıb işləmək, həm də iş mühiti problemlidir deyə işdən çıxmaq istəyir. Bu kimi situasiyalarda necə davranmalıyıq?
HR Hunter şirkətinin qurucusu, İnsan Resursları üzrə konsultant İlkin Mirzəzadə deyir ki, maaş və iş mühiti arasında bir mütənasiblik mövcuddur:
"Yəni maaş və iş mühiti yaxşıdırsa, insan orada daimi işləyir. Maaş yaxşıdırsa, iş mühiti pisdirsə, işçi orada uzun müddət qalmır. Mütləq həmin işçi işdən ayrılacaq, toksik mühitdə çalışmayacaq. Çünki insan müəyyən müddət sonra - öz maddi ehtiyaclarını ödəyəndən sonra o işdə çox qalmır. Şəxsin kredit borcları, digər borclar, müvəqqəti pula ehtiyacı olan zamanlar ola bilər, bu problemi həll etdikdən sonra işçi həmin iş yerində qalmağı düşünmür. Və ya bir müddət sonra özü işdən çıxır. Problemləri olsa belə, həmin iş mühitində işləmək istəmir. Ona görə də, maaşa görə qalıb dözmək, işləmək həm psixoloji, həm iş mühiti baxımından heç yaxşı deyil. Maaşı adekvat iş mühiti yaxşı yerlərdə çalışmalıyıq. Təbii ki, maaşı az yox, şəxsin özünə uyğun olan yerdə çalışmaq lazımdır".
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay